Rusiya ordusu birinci SEÇİLDİ -SƏBƏB
    • 31-10-2023, 09:57
    • 161

Rusiya ordusu birinci SEÇİLDİ -SƏBƏB

Amerikanın “US News & World Report” jurnalında dünyanın ən güclü ordularına malik olan ölkələr açıqlanıb.

Rusiya ən güclü silahlı qüvvələri olan ölkələr siyahısında birinci yeri tutub.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Ən güclü orduya malik ölkələrin reytinqində ABŞ ikinci, Çin isə üçüncü yeri tutub. Reytinqdə İsrail dördüncü, Cənubi Koreya isə beşinci yerdə qərarlaşıb. 

Ən güclü silahlı qüvvələrə malik 10 ölkə arasında İran, Böyük Britaniya, Almaniya və Türkiyə də var.

Qeyd edək ki, reytinq martın 17-dən iyunun 12-dək dünya üzrə 17 min respondent arasında keçirilən sorğu əsasında tərtib edilib. 

Ülkər Abdurahmanlı