Putin münaqişənin həllini açıqladı:
    • 31-10-2023, 10:53
    • 157

Putin münaqişənin həllini açıqladı: "biz də kömək edə bilərik"

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın Yaxşın Şərqlə bağlı mövqeyində heç vaxt şəxsi maraq olmayıb.

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Putin hesab edir ki, problemin həllinin açarının tamhüquqlu Fələstin dövlətinin yaradılmasıdır.

"Yaxın Şərq böhranının indiki mərhələsinin İsrail və digər ölkələrin dinc sakinlərinə qarşı terror hücumu ilə necə başladığını xatırlayırıq. Biz həmçinin onu da görürük ki, cinayətkarları və terrorçuları cəzalandırmaq əvəzinə, kollektiv məsuliyyət prinsipi əsasında qisas alırlar. Təəssüf!”, - Putin deyib. 

Ölkə başçısı vurğulayıb ki, Rusiya həm özü, həm də real azadlığa can atanlar üçün mübarizə aparır: "Biz yalnız Fələstinə bu faciənin arxasında duranlara qarşı mübarizədə kömək edə bilərik. Biz Rusiyayıq və həm özümüz üçün, həm də həqiqi azadlıq uğrunda mübarizə aparanlar üçün vuruşuruq”.

Ayşən