Siqaret çəkən kişilər RİSK ALTINDADIR: Bu əlamətlər varsa...
    • 31-10-2023, 12:31
    • 357

Siqaret çəkən kişilər RİSK ALTINDADIR: Bu əlamətlər varsa...

Ürək-damar cərrahiyyəsi kafedrasından Prof. Dr. Faruk Cingöz Buerger xəstəliyi və müalicə üsulları haqqında danışıb.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Onun sözlərinə görə, dünyada bilavasitə siqaretdən qaynaqlandığı bilinən və sübut edilən  Buerger xəstəliyi ümumiyyətlə ayaq damarlarında qan axınını dayandıraraq zamanla ağrılara səbəb olur. 

"Buerger xəstəliyi orta və kiçik damarlarda lokallaşdırılmış, səbəbi bilinməyən, sağalma və residivlə (epizodik) irəliləyən, daha çox gənclərdə müşahidə olunan qeyri-septik, iltihablı xəstəlikdir. Tromboangiitis obliterans da adlandırılan Buerger xəstəliyində qan damarları iltihablanır, şişir və qan laxtalanması ilə müşayiət olunur. Tütündən istifadə Buerger xəstəliyinin inkişafında böyük rol oynayır. Tütünün tərkibindəki kimyəvi maddələrin qan damarlarının daxili səthini qıcıqlandıraraq onların şişməsinə səbəb olduğu düşünülür. Bu xəstəliyə yoluxanlarda ümumi halsızlıq, yorğunluq və qızdırma müşahidə olunur. Xəstəlik irəlilədikcə ayaqlarda göyərmələr başlayır. Daha sonra barmaqlarda gecələr artan ağrılar ilə yanaşı yaralar da əmələ gəlir”.

“Müalicə olunmazsa qanqren yarana bilər”-deyə, o fikirlərini sonlandırıb.

Ülkər Abdurahmanlı