Yaponiyadan Rusiyaya ETİRAZ: TƏCİLİ...
    • 31-10-2023, 14:15
    • 329

Yaponiyadan Rusiyaya ETİRAZ: TƏCİLİ...

Yaponiya hava məkanını pozduğuna görə Rusiyaya etirazını bildirib.

Ölkənin hava məkanı şimaldakı Hokkaydo adasının ərazisində pozulub.

News24.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bundan əvvəl Yaponiya Müdafiə Nazirliyi bəyan edib ki,  yerli vaxtla saat 12:44 radələrində Nemuro yarımadasının sahillərinə yaxın sular üzərində hava məkanı, ehtimal ki, Rusiya helikopteri tərəfindən pozulub.

Tokio da Moskvadan bu cür hadisələrin qarşısını almaq üçün tədbirlər görməyi tələb edib.

Ülkər Abdurahmanlı