-
- 31-10-2023, 14:25
- 283
Tur şirkətləri insanların ölümünə səbəb oldu – ŞOK OLAY
2019-cu ildə Yeni Zelandiyada 22 nəfərin ölümünə səbəb olan ölkənin şimalındakı Whakaari (Ağ Ada) vulkanının püskürməsi ilə bağlı 7 tur şirkəti “təhlükəsizliyi pozmaqda” günahkar bilinib.
News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.
3 ay davam edən və 13 şirkətin iştirak etdiyi məhkəmə prosesi sonuncu şirkətin günahkar olduğu hökmü ilə yekunlaşıb.
Məhkəmə müəyyən edib ki, tur şirkətləri illər əvvəl partlayış ehtimalından xəbərdar olsa da, adekvat risk qiymətləndirməsi aparmayıb və ehtiyat tədbirləri görməyib.
Müvafiq olaraq, 7 tur şirkəti “təhlükəsizliyin pozulması” səbəbindən 22 nəfərin ölümünə səbəb olmaqda təqsirli bilinib.
Xatırladaq ki, məşhur turizm məkanı olan adada 2019-cu ilin dekabr ayında Whakaari vulkanı püskürmüş, təbii fəlakət nəticəsində 22 turist həlak olmuş, 25 nəfər ağır yaralanmışdı.
Ülkər Abdurahmanlı