-
- 13-11-2019, 12:22
- 1 093
Azərbaycanda 2 nəfərin ölümünə səbəb olan şəxsdən YENİ XƏBƏR
Keçən ilin dekabr ayında Ucar rayonunda 2 nəfərin ölümünə səbəb olan hadisəyə görə tutularaq məhkum edilmiş sürücü Fizuli Fətəliyev Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü, yəni, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş F.Fətəliyev barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib.
Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, dekabrın 29-da Bakı-Qazax avtomobil yolunun Ucar rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü, Xaçmaz rayon sakini Fizuli Camaləddin oğlu Fətəliyevin idarə etdiyi "Opel" markalı minik avtomobili 66 BL 678 Dövlət nömrə nişanlı"KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə F.Fətəliyev və minik avtomobilində olan digər sərnişinlər, Xaçmaz rayon sakinləri - 2008-ci il təvəllüdlü İsmayıl Oktay oğlu Məmmədov və 1981-ci il təvəllüdlü Yeganə Aydəmir qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həmin şəxslər xəstəxanada həyatlarını itiriblər. Sürücü F.Fətəliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinib və məhkum edilib.