3 uşağı qəsdən yandıran dayə edam edildi – Foto
    • 22-09-2018, 15:00
    • 1 182

3 uşağı qəsdən yandıran dayə edam edildi – Foto

İşlədiyi evin xanımının və 3 uşağının ölümünə səbəb olan dayə ölüm hökmü ilə cəzalandırılıb.

 Çində evdə qəstlə yanğın törətməklə 4 nəfərin ölümünə səbəb olan dayə edam edilib.
Mo Huanjing ötən gün – sentyabrın 21-də öldürülüb. Edam qərarını Ali məhkəmə təsdiqləyib.

Qeyd edək ki, Mo Huanjing ötən ilin iyun ayında qumar borcu olduğuna görə dayə işlədiyi evi yandıraraq 4 nəfərin ölümünə səbəb olub. Hadisə Hangzhou şəhərində baş verib.

Onun törətdiyi cinayət ölkədə rezonans doğurmuşdu. Mo Huanjing-in ölüm hökmü ilə cəzalandırılması tələb edilirdi.

//Milli.az