Nazir HI Veydon ilə görüşdü
    • 31-10-2023, 14:51
    • 147

Nazir HI Veydon ilə görüşdü

Çin Xalq Respublikasına işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik HI Veydon ilə görüşüb.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.