-
- 1-05-2019, 13:35
- 1 428
Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb
İstanbulda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də Türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.
Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.