“Diqlas”da zərər çəkənlərə ayrılacaq ticarət obyektlərinin - SİYAHISI
    • 29-03-2019, 16:40
    • 1 493

“Diqlas”da zərər çəkənlərə ayrılacaq ticarət obyektlərinin - SİYAHISI

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlar üçün ayrılacaq ticarət obyeklərinin siyahısı  açıqlanıb.

İqtisadiyyat Nazirliyindən  News24.az-a verilən məlumata görə, zərərçəkənlər 5 ay icarə haqqı ödəmədən bu ticarət obyektlərində öz fəaliyyətlərini davam etdirə bilərlər:

1. Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında  dəyişən 30 mağaza.Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 1111)

2. Təbriz küçəsində yerləşən “Eurohome Express” də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza.Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 5555)

3. “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar.Əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 8189) Qabil Nəhmədov (tel:050 213 3368)

4. AF-COM Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər).Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118)

5. S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza.Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 0660)