"Diqlas" yanğını zamanı zərər çəkmiş 20-ə yaxın sahibkar yerlə təmin olundu
    • 2-04-2019, 18:18
    • 1 057

"Diqlas" yanğını zamanı zərər çəkmiş 20-ə yaxın sahibkar yerlə təmin olundu

Sahibkarlar 5 ay icarə haqqı ödəməyəcək 

Yanğından zərər çəkmiş sahibkarlar ticarət mərkəzlərində müvafiq yerlə təmin olunur. Bu barədə News24.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Qurumdan bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılan danışıqların nəticəsində əldə olunan razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub. Artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub. Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.