Ev sahibi kirayəçinin evindən oğurluq etdi
    • 31-10-2023, 15:04
    • 116

Ev sahibi kirayəçinin evindən oğurluq etdi

Bursada ev sahibi kirayəçisini qarət edib.

News24.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Hadisə Bursanın Osmanqazi rayonunda baş verib.

Ev sahibi kirayəçisi ilə qonşuluq münasibətlərinə başlayaraq evinə gedib. Bir müddət sonra kirayəçi qızıl-zinət əşyalarını və valyutasını saxladığı otağındakı qutunun açıldığını və qiymətli əşyalarının oğurlandığını anladığı üçün evinə təhlükəsizlik kamerası quraşdırıb.

Kameraya düşən görüntülərdən məlum olub ki, qiymətli əşyaları ev sahibi oğurlayıb.

Əşyaları oğurlanan kirayəçi bu barədə polisə şikayət edib.

Ülkər Abdurahmanlı