Məşhur aktrisanı qarət etdilər
    • 9-11-2018, 13:09
    • 948

Məşhur aktrisanı qarət etdilər

Aktrisa Ülviyyə Əliyevanın evinə oğrular girib.

Bu barədə aktrisa özü məlumat verib. O, bildirib ki, oğru evə girdiyi gün anasıgildə qalıb. Ülviyyə Əliyeva qızıllarının götürüldüyünü vurğulayıb:
"Yoldaşım Rusiyada idi. Anamgildə qaldım. Kimsə bilib ki, evdə yoxuq. Hadisə Xətai rayonu ərazisində baş verib. Polisə müraciət etmişik".
Aktrisanın 15 min dəyərində qızıl zinət əşyaları oğurlanıb.

News24.Az