Nəvə nənəsinin evindən OĞURLUQ ETDİ - AZƏRBAYCANDA
    • 8-07-2019, 11:10
    • 1 001

Nəvə nənəsinin evindən OĞURLUQ ETDİ - AZƏRBAYCANDA

Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Qədirli kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyininmətbuat xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın  evindən  ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə nəvəsi, N. Paşayev saxlanılıb. 
Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.
Faktla bağlı araşdırma aparılır.