-
- 31-10-2023, 18:36
- 228
Zurabişvili rus dilində danışanları düşmən adlandırdı
“Ölkəmizdə düşmən dilində danışan və öz evində olduqlarına inanan insanların olması çox narahatedicidir”.
News24.az xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili CBS telekanalına müsahibəsində deyib.
O, Rusiyanın Ukraynaya geniş miqyaslı müdaxiləsindən və vətənlərində səfərbərlik elan edildikdən sonra bu ölkəyə kütləvi şəkildə gələn Rusiya vətəndaşlarının Gürcüstan ərazisində olması ilə bağlı məsələyə münasibət bildirib.
Zurabişvilinin sözlərinə görə, “incə bir xətt var və bu xətt qorunmalıdır ki, bizdə gələcəkdə oxşar hadisələr olmasın. Ki, bu da Rusiyaya rusdilli vətəndaşların müdafiəsi ilə bağlı sevimli doktrinasını tətbiq etməyə imkan verəcək”.
Gürcüstanın Rusiya vətəndaşlarının ölkəyə girişinə niyə qadağa qoymaması ilə bağlı suala Gürcüstan prezidenti cavab verib ki, bu sualı ölkə hökumətinə ünvanlamaq lazımdır: “Təəssüf ki, mən icra hakimiyyətini təmsil etmirəm”.
Akqabay