-
- 20-10-2023, 16:40
- 237
Zurabişvili həbs olunacaq? - Şok İTTİHAM
Konstitusiyanın pozulmasından sonra Gürcüstan prezidenti Salome Zurabişvilinin hərəkətlərində cinayət əlamətləri aşkarlansa, o zaman araşdırma başlanacaq.
News24.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze Konstitusiya Məhkəməsi onun Konstitusiyanı pozduğunu təsdiqlədikdən sonra Zurabişvilinin cinayət təqibinin mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.
Bundan əvvəl Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Zurabişvilinin Gürcüstan hökumətinin razılığı olmadan Aİ-yə səfərini davam etdirəcəyi təqdirdə cinayət təqibinin mümkünlüyünü açıqlamışdı.
“Ümumiyyətlə, kimsə cinayət törədibsə, şübhəsiz ki, araşdırma ola bilər. Konstitusiya Məhkəməsi prezidentin Gürcüstan Konstitusiyasını pozduğuna qərar verib. Şəxsən mən ədliyyə naziri kimi çox təəssüflənirəm ki, dövlət başçısı tərəfindən Konstitusiyanın pozulması faktı artıq təsdiqlənib”, - Breqadze bildirib.
Xatırladaq ki, oktyabrın 18-də Gürcüstan parlamenti prezident Salome Zurabişviliyə impiçment elan edə bilməyib. hakim “Gürcü arzusu” partiyası 100 səs baryerini keçmək üçün kifayət qədər səs toplaya bilməyib. Bundan əvvəl Konstitusiya Məhkəməsi Zurabişvili hökumətin razılığı olmadan Aİ ölkələrinə səfər etməklə və Gürcüstanın avrointeqrasiya perspektivləri ilə bağlı Avropa liderləri ilə danışıqlar aparmaqla ölkə konstitusiyasını pozduğuna dair qərar qəbul edib.
Gürcüstan hakimiyyəti həmçinin Zurabişvilini Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının tərəfində olmaqda və Gürcüstanın Aİ-yə namizəd statusu almasına mane olmaqda ittiham edib.
Akqabay