-
- 17-10-2023, 11:35
- 291
Kobaxidzedən prezidentə ağır sözlər: “Zurabişvili axsaq ördəyi xatırladır"
"Prezident konstitusiyanın tələblərini pozduğuna görə, ləyaqət göstərərək istefa verməli idi".
News24.az xəbər verir ki, bu sözləri “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze deyib.
O bildirib ki, Zurabişvili "müstəqil" siyasətçi olmadığı üçün tək başına qərar verə bilmir:
“Gürcüstanın Konstitusiya Məhkəməsi Salome Zurabişvilinin Gürcüstan Konstitusiyasını dəfələrlə, qəsdən və kobud şəkildə pozmasını, bununla da konstitusiya quruluşuna və Konstitusiya ilə müəyyən edilmiş parlament idarəetmə sisteminə açıq-aşkar qarşı çıxması barədə sadə həqiqəti təsdiqləyib. Razılıq olmadığı təqdirdə Salome Zurabişvili Almaniya, Fransa və Brüsselə işgüzar səfərlər edib. Salome Zurabişvili öz elementar ləyaqətini qoruyub saxlasaydı, təbii ki, Konstitusiya Məhkəməsi Gürcüstan Konstitusiyasının pozulduğunu müəyyən etdikdən sonra o, dərhal Gürcüstan prezidenti vəzifəsindən istefa verərdi. Lakin biz onu da başa düşürük ki, Salome Zurabişvili öz qərarlarında müstəqil deyil və onu Gürcüstan Konstitusiyasını kobud şəkildə pozmağa sövq edən qüvvələrin razılığı olmadan istefa qərarı verə bilməz”.
Hakim partiyanın sədri prezidenti "Qeyri-legitim" və "VMH-nın arxasınca qaçan axsaq ördək" adlandırıb:
"Gürcüstan Konstitusiyasını pozan prezident bundan sonra yalnız formal olaraq Gürcüstanın prezidenti sayılır. Prezidentliyinin altıncı ilində o, siyasi və mənəvi legitimlikdən tamamilə məhrum olacaq və Amerika terminologiyası ilə desək, o, uçuruma doğru gedən kollektiv “Milli Hərəkat”ın arxasınca qaçan “axsaq ördəyi” xatırladır”, - deyə Kobaxidze bildirib.
Aynurə