Xaçmazda naməlum qadın meyiti TAPILDI
    • 31-10-2023, 21:53
    • 186

Xaçmazda naməlum qadın meyiti TAPILDI

Xaçmazda evdən qadın meyiti tapılıb.

News24.az Report-a istinadən xəbər verir ki, meyit şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.