Gənc futbolçu dünyasını DƏYİŞDİ
    • 1-11-2023, 12:57
    • 175

Gənc futbolçu dünyasını DƏYİŞDİ

Qəza nəticəsində xəsarət alan Nijni Taqilin “Uralets-TS” klubunun futbolçusu Kirill Koçetkov  səhər saatlarında dünyasını dəyişib. 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Perm Ərazisi Futbol Federasiyasının prezidenti Dmitri Terekov məlumat verib.

Qeyd edək ki, oktyabrın 12-nə keçən gecə Perm-Yekaterinburq magistral yolunda dörd futbolçunun iştirakı ilə qəza baş verib. “Amkar”ın keçmiş oyunçusu Yevgeni Sitnikov elə hadisə yerindəcə dünyasını dəyişib. Kirill Koçetov isə xəstəxanada ağır vəziyyətdə idi və komada olduğu bildirilirdi. Akademiya-Amkar tələbələri Denis Fedorochev və Kirill Mylnikov ciddi xəsarət almamışdılar.

Aynurə