Tovuzda toydan qayıdan 3 nəfər zəncirvari qəzada dünyasını dəyişdi
    • 9-08-2019, 00:22
    • 956

Tovuzda toydan qayıdan 3 nəfər zəncirvari qəzada dünyasını dəyişdi

Tovuz rayonunun Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. 
News24.az Oxu.Az-a istinadən xəbər verir ki "VAZ 21011", "Daewo Nexia" və "Mercedes C-Klass" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində üç nəfər dünyasını dəyişib, ağır yaralıların olduğu bildirilir.
Xəsarət alan şəxslər Tovuz rayon Mərkəzi Xəstəxanasına, Qazax rayon Diaqnostika Mərkəzinə və Gəncə şəhərindəki xəstəxanaya aparılıblar.
İlkin məlumata görə, dünyasını dəyişən şəxslər toydan gəlirmiş.