Keçmiş məhkumdan 11 kiloqram marixuana götürülüb
    • 30-03-2019, 11:52
    • 1 366

Keçmiş məhkumdan 11 kiloqram marixuana götürülüb

Qanunsuz narkotik dövriyyəsində şübhəli bilinən keçmiş məhkum saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılıb.

Ondan çəkisi 11,1 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb.