-
- 1-11-2023, 18:47
- 193
Putinin xüsusi nümayəndəsi İrana GETDİ
Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib.
News24.az xəbər verir ki,, Lavrentyev İran xarici işlər nazirinin siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Xaci ilə görüşüb.
Görüşdə regionda və Suriyada baş verən hadisələr, xüsusilə Qəzzadakı son vəziyyət müzakirə edilib.
Tərəflər Qəzzaya edilən hücumların dərhal dayandırılmasını, atəşkəsin əldə edilməsini və bölgəyə beynəlxalq yardımın göndərilməsinin vacibliyini bildiriblər.