Azərbaycanın nümayəndə heyəti İrana yollandı
    • 30-05-2021, 11:10
    • 446

Azərbaycanın nümayəndə heyəti İrana yollandı

Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 30-da Tehrana səfərə gedib.

News24.az xəbər verir ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək, qarşılıqlı əlaqələrin inkişafı perspektivləri müzakirə ediləcək.