-
- 2-11-2023, 12:02
- 243
Aytac Şahmarovanın anasından ictimaiyyətə MÜRACİƏT
Saqareco bələdiyyəsinin Ləmbəli kəndində qətlə yetirilən 14 yaşlı Aytac Şahmarovanın zorla nişanlandırlması ittihamı ilə həbsdə saxlanılan onun anası Yeganə Məhərrəmova ictimaiyyətə məktubla müraciət edib.
News24.az xəbər verir ki, Yeganə Məhərrəmova məktubunda baş verənlərdə onun günahkar olmadığını qeyd edir.
Sözügedən məktubu olduğu kimi sizə təqdim edirik:
"Mən Yeganə Məhərəmova istərdim ki, mənim bu məktubum övladını itirmiş bütün analar tərəfindən oxunsun, çünki bu cür ağrıları çəkən analar mənim məsumluğumu anlayacaqlar. Həmişə qızımın mənim kimi tez evlənməsinin əleyhinə olmuşam. Allah şahiddir ki, mən qardaşım Natiqin Aytacın evlənməsi ilə bağlı verdiyi qərara müqavimət göstərmək üçün əlimdən gələni etdim. Amma mən həmişə Natiqdən qorxmuşam və ona görə də Aytacı istəyən Alimin ailəsi qarşısında şərt qoymuşam ki, Aytac ancaq 18 yaşı tamam olduqdan sonra Alimlə evlənəcək. Təəssüf ki, verdikləri sözü, andı pozaraq qızımı qaçırdılar. Həmin gün Aytac mənə zəng etdi, və mən onu kənddən çıxardım. Mənə psixoloji zorakılıq edən qardaşım Natiq zəng edərək Alimin etdiyi kimi məni öldürməklə hədələdi. Mən qorxdum və biz Lambəliyə qayıtdıq. Orada Natiq Aytacı fikrindən daşındırdı və Aytac Alimlə qalmağa qərar verdi. Natiq mənim qardaşım olduğuna görə və ondan qorxduğum üçün polisə xəbər verə bilmədim. Hazırda bu məktubu yazanda da Natiqdən qorxuram. Evlilik müddəti boyunca Aytac həmişə mənə necə xoşbəxt olduğunu deyirdi və bildirirdi ki, nə yaxşı ki, sənə inanmadım, Natiq dayıya güvəndim. Arzu edirəm ki, heç bir ana övladını itirməsin, heç bir ana bu ağrını yaşamasın. Mənim analardan bir xahişim var: Allahdan diləyin ki, çox yaxında qızımın məzarını qucaqlaya bilim", - deyə Yeganə Məhərəmova qeyd edib.
Aynurə