-
- 2-11-2023, 12:30
- 143
Qonşuların razılığı olmadan kirayə verilməyəcək: qanunlar SƏRTLƏŞDİRİLDİ
Türkiyə turistlərə mənzil kirayə vermək istəyənlərlə bağlı yeni qaydalar müəyyən edib.
News24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qəbul edilmiş qanuna əsasən, yaşayış binalarının 100 gündən az müddətə icarəyə verilməsi turizm məqsədləri üçün binaların kirayəsi sayılacaq.
Belə ki, ev sahibləri icarə müqaviləsi bağlamazdan əvvəl Mədəniyyət və Turizm Nazirliyindən lisenziya almalı olacaqlar.
“Bununla əlaqədar olaraq, kirayə evlərin girişlərində nazirlik tərəfindən müəyyən edilmiş ixtisas göstəriciləri olan lövhələr vurulacaq”, - deyə qanunda qeyd olunub.
İcazələrin verilməsi üçün rüsumları da idarə müəyyən edəcək.
Üstəlik, ev sahibi çoxmənzilli binada yerləşən turistlərə mənzil kirayə verərsə, o, binanın bütün sakinlərinin razılığını almalıdır.
Ayşən