Paşinyandan Qarabağdan gedən ermənilərlə bağlı TAPŞIRIQ
    • 2-11-2023, 12:57
    • 360

Paşinyandan Qarabağdan gedən ermənilərlə bağlı TAPŞIRIQ

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan Ermənistana köçən ermənilərə ölkə vətəndaşlığının verilməsini tezləşdirməyi tapşırıb.

News24.az xəbər verir ki, Nikol Paşinyan bu barədə hökumətin iclasında bildirib.

O, əlavə edib ki, hökumətin məqsədi Qarabağa qayıtmaq istəməyən ermənilərin ölkədə qalması üçün şərait yaratmaqdır:

“Qarabağdan köçən qardaş və bacılarımız Ermənistan Respublikasının vətəndaşlığını almaq üçün müraciət edirlər və bununla bağlı çox böyük axını var. Əlbəttə, biz bu prosesin baş verəcəyini gözləyirdik. Bizim vəzifəmiz o prosesi mümkün qədər tez təşkil etməkdir. Təbii ki, onun bəzi qanunvericilik nüansları var ki, bunlar da gözlənməlidir. Hökumət və aidiyyəti qurumlar mümkün qədər tez işləməlidir. Onu da qeyd etmək istəyirəm ki, biz Qarabağdan köçən şəxslərdən bir qədər səbr gözləyirik ki, hər şey düzgün və qanuni olsun. Sürətlə bağlı hüquqi problem yaratmamalıyıq”.

Akqabay