Tünzalədən qızına ad günü təbriki - FOTO
    • Bu gün, 11:30
    • 531

Tünzalədən qızına ad günü təbriki - FOTO

Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı paylaşım edib. 

News24.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni övladının ad günü olduğunu bildirib.

Qızı ilə şəkillərini yayımlayan Tünzalə "Gözəl qızım, mənim övladım olduğun üçün çox xoşbəxtəm. Səni yaradana sonsuz həmd olsun. Qürur, sevinc, xoşbəxtlik, güc, həyat eşqi və ana olmağımın möhtəşəm səbəbisən. Gözəl üzün, qəlbin daim gülsün, bəxtin ən gözəllərindən olsun.

Sağlam və dəyərli ömür yaşa, məni, bütün ailəmizi sevindir, inşallah. Bütün qızlarımız, oğullarımız xoşbəxt olsunlar" sözlərini əlavə edib. 

Qeyd edək ki, Fidan Türkiyədə təhsil alıb və orada yaşayır.