-
- 2-11-2023, 14:13
- 315
13 yaşlı uşağın DƏHŞƏTLİ ÖLÜMÜ - O vəziyyətdə qoyub qaçdı
Qaziantepdə yolu keçmək istəyərkən avtomobilin vurduğu 13 yaşlı uşaq ağır yaralandığı xəstəxanada dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə "Ntv haber" məlumat yayıb.
Hadisədən sonra qaçan avtomobilin sürücüsü tutularaq saxlanılıb. Qəza dünən axşam saat 20:00 radələrində Şahinbəy rayonunun İstiklal Məhəlləsində baş verib. İddiaya görə, yolu keçmək istəyən 13 yaşlı əcnəbi Hadil Zübeydiyeni nömrəsi və sürücüsü məlum olmayan avtomobil vurub. Hadisədən sonra ağır yaralanan Hadil Zübeydiyə Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyən Zübeydiye gecə saatlarında həyatını itirib. Dəhşətli qəzada dünyasını dəyişən Hadil Zübeydiyenin cənazəsi Qaziantep Ədli Tibb Qurumunda əməliyyatlar tamamlandıqdan sonra dəfn olunmaq üçün yaxınlarına təhvil verilib.
Ülkər Abdurahmanlı