Sumqayıtda yolu keçmək istəyən 13 yaşlı qızı maşın vurub öldürdü- FOTO
    • 24-08-2022, 01:16
    • 459

Sumqayıtda yolu keçmək istəyən 13 yaşlı qızı maşın vurub öldürdü- FOTO

Sumqayıtda yol- nəqliyyat hadisəsi baş verib. İnsident şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

News24.az  "Qafqazinfo"-ya istinadla xəbər verir ki, "Xəzər Azamand" markalı avtomobil yolu keçmək istəyən piyada 2009-cu il təvəllüdlü G.Babayevanı vurub. Qəza zamanı 13 yaşlı G.Babayeva aldığı xəsarətlərdən dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.