-
- 2-11-2023, 16:13
- 181
Yaponiya XİN rəhbəri İsrail və Fələstinə gedir
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava İsrail, Fələstin və İordaniyaya səfər edəcək.
News24.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, xarici işlər naziri xanım Kamikavanın səfəri 2-5 noyabr tarixlərində baş tutacaq.
Yaponiyanın top diplomatı bu ölkələrin yüksək səviyyəli rəsmiləri ilə görüşərək Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq.
Nazirliyin "X" hesabında paylaşımında qeyd olunub ki, yaponiyalı nazir Ramallahda görüşündə, həmkarına Yaponiyanın Qəzza zolağı da daxil olmaqla Fələstinə dəyişməz dəstəyini ifadə edəcək.