Daha bir ölkə vətəndaşlarını Sudandan təxliyə etdi
    • 26-04-2023, 07:57
    • 239

Daha bir ölkə vətəndaşlarını Sudandan təxliyə etdi

Sudanda qarşıdurmaların şiddətlənməsindən sonra Yaponiya öz vətəndaşlarını Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus təyyarə ilə Cibutiyə təxliyə edib.

News24.az xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər naziri Hayaşi Yoşimasa məlumat verib. 

Nazir bildirib ki, 41-i Yaponiya vətəndaşı və 4-ü ailə üzvü olmaqla 45 nəfərin Port Sudan bölgəsindən Cibutiyə köçürülüb. 

Hökumət Yaponiya Xarici İşlər nazirinin böyük müavini Takei Şunsukenin təxliyyə edilmiş vətəndaşların geri dönüş uçuşlarının təşkili üçün Cibutiyə göndərildiyini açıqlayıb.

Yaponiyanın Baş naziri Kişida Fumio Yaponiya vətəndaşlarının uğurlu təxliyəsi üçün müvafiq ölkələrlə əlaqə saxladıqlarını və bunun üçün hər cür səy göstərəcəklərini bildirib.

Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu verdiyi açıqlamada, ölkəsinin Xartum səfirliyinin əməkdaşları da daxil olmaqla, təxliyyə edilən  vətəndaşların arasında xəsarət alanların olmadığını qeyd edib. /Haber Global/