-
- 30-03-2019, 15:30
- 1 635
Avtoxuliqanlıq edən sürücü 20 sutka inzibati qaydada həbs edilib - FOTO - VİDEO
Dünən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi ilə profilaktik və maarifləndimə tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən kobud qayda pozuntusuna yol verən, avtomobili sərxoş vəziyyətdə idarə edən, piyada keçidindən istifadə etməyən, avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülər müəyyən edilib.
Tədbir zamanı Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən “Opel” markalı avtomobilin sürücüsü paytaxt sakini Anar Xəlilov əvvəlcə yol polislərinə tabe olmayaraq nəqliyyat vasitəsini idarə etməyə başladı. Sürücünün polislərdən qaçma anı yol patrul xidməti avtomobilinin kamerası vasitəsilə lentə alınıb.
Daha sonra sürücü Binəqədi qəsəbəsində ara küşələrdə yol polisləri tərəfindən süni tıxac yaradılaraq saxlanılıb. Bu sürücü barəsində toplanan materiallar qərar verilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə avtoxuliqanlıq edən sürücü 20 sutka inzibati qaydada həbs edilib və o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Binəqədi rayonu ərazisində keçirilən tədbir zamanı 100-dən artıq yol hərəkəti qaydalarını pozan sürücü inzibatı məsuliyyətə cəlb edilib. Aşkar edilən qayda pozuntularından 42-si yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər tərəfindən törədilib. Tərtib edilən protokollardan 4-ü nəqliyyat vasitəsini sərxoş halda idarə edən, 1-i isə avtoxuliqanlıq edən sürücülərə tərtib edilib.
Qeyd edək ki, Binəqədi rayonu ərazisində sürücü və piyadalar arasında profilaktik, eləcə də maarifləndimə tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.