İranda casus ittihamı ilə həbs edilən Fərid Səfərlidən XƏBƏR VAR - VİDEO
    • 2-11-2023, 18:59
    • 429

İranda casus ittihamı ilə həbs edilən Fərid Səfərlidən XƏBƏR VAR - VİDEO

İranda casusluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli ilə bağlı verilən appelyasiya şikayəti təmin edilməyib. 

News24.az xəbər verir ki, bu barədə Musavat.com-a Fərid Səfərlinin anası Dilarə Əsgərova açıqlama verib. 

Onun sözlərinə görə, heç bir məhkəmə iclası olmadan qərar verilib:

"Birinci instansiya məhkəməsində olduğu kimi, nə Fəridə, nə də vəkilə xəbər verilmədən hakimlər özləri qərar veriblər. İki il həbs cəzası qüvvədə saxlanıb, qərar qəti olub".

D.Əsgərova əlavə edib ki, hər gün Fəridlə telefonla danışır, Fərid səhhəti və saxlanma şəraitinin normal olduğunu bildirir. 

Yada salaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də İrana səfərə gedib və orada həbs edilib. Səfərliyə qarşı əvvəlcə “casusluq” ittihamı irəli sürülüb və sonra bu ittiham “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. İran məhkəməsi Fərid Səfərlini iki il həbsə məhkum edib. Fərdi Səfərli ittihamı rədd edib və məhkəmənin ona hər hansı sübut olmadan həbs cəzası verdiyini bildirib.