Blinkenin İsraildən tələbi MƏLUM OLDU
    • 2-11-2023, 21:31
    • 323

Blinkenin İsraildən tələbi MƏLUM OLDU

ABŞ Dövlət katibi Entoni Blinken səfər zamanı İsrail hökumətindən humanitar yardımların çatdırılması və girovların azad edilməsi üçün hərbi əməliyyata fasilə verilməsini istəyəcək.

News24.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Blinken İsrailə gələndə daha çox “humanitar fasilə” üçün təkid edəcək”, - deyə bildirilib.

Qeyd edək ki, E.Blinken 2-10 noyabr tarixlərində İsrail, İordaniya, Yaponiya, Cənubi Koreya və Hindistana səfər edəcək.