Xaçmazda 62 yaşlı qadını qətlə yetirən şəxs saxlanıldı
    • 3-11-2023, 09:59
    • 116

Xaçmazda 62 yaşlı qadını qətlə yetirən şəxs saxlanıldı

Xaçmazda iki gün əvvəl meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əhmədov Şahin Səməd oğlu  polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Qeyd edək ki, iki gün əvvəl Mafizə Şirinbalayevanın  meyiti Xaçmaz şəhəri ərazisində  tək yaşadığı evdə aşkarlanmışdı. 

Faktla bağlı araşdırmalar aparılır.