Xaçmazda xuliqanlıq edən şəxs HƏBS OLUNDU
    • 16-04-2022, 13:00
    • 319

Xaçmazda xuliqanlıq edən şəxs HƏBS OLUNDU

Xaçmazda xuliqanlıq edən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Xaçmaz şəhəri ərazisində rayon sakini Sahil Əzizov aralarında yaranmış mübahisə zamanı həmyerlisinə bıçaqla xəsarət yetirib. S.Əzizov bununla yanaşı ictimai qaydanı kobud şəkildə pozub və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ucadan nalayiq söyüşlər ifadə edib.

Hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən Sahil Əzizov Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.