-
- 3-11-2023, 11:06
- 165
Fələstin-İsrail münaqişəsi başlayandan 36 jurnalist HƏLAK OLUB
Ən azı 36 jurnalist Fələstin-İsrail münaqişəsinin qurbanı olub.
News24.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
“Noyabrın 2-nə olan ilkin hesablamalarımız göstərir ki, oktyabrın 7-də münaqişə başlayandan bəri həlak olan 10 000-dən çox insan arasında ən azı 36 jurnalist də var”, - deyə hesabatda bildirilib.
Təşkilat bildirib ki, jurnalistlər münaqişəni hava hücumları altında, rabitə və elektrik enerjisinin kəsilməsi qarşısında işıqlandırarkən xüsusilə yüksək risklə üzləşirlər.
Bundan əvvəl BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk ilin əvvəlindən dünyada ən azı 46 jurnalistin öldürüldüyünü, bu peşənin ən azı 531 nümayəndəsinin isə nəzarətə alındığını qeyd edib. BMT-nin ali komissarı media nümayəndələrinə hücumların qəbuledilməz olduğunu vurğulayaraq, cəzasızlığa son qoymağa çağırıb.
Aynurə