-
- 3-11-2023, 11:21
- 250
"Aşiq-məşuqunun sayı hesabı yoxdur" - Nadir Qafarzadədən SƏRT SÖZLƏR
“Sosial verilişlərdə insanların hissləri ilə oynamayaq. Ora gələn insanlar onsuz da problemlidirlər. Normal insan ailə problemlərini efirdə danışırsa, deməli anormaldır. Bir az da onu verilişdə müzakirəyə qoyub üstünə gedirik”.
News24.az OLAY-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Xəbərin var?” verilişində deyib.
Sənətçi sözügedən verilişlərə müraciət edənlərin oradakı qonaqlar tərəfindən ittiham olunmasına da münasibət bildirib: “Özü də həmin adamın üstünə kimlər gedir... Baxırsan ki, özünü ailəsi yoxdur, ailə dərsi keçir. Sən axı özün başdan ayağa problemsən. Sən əvvəlcə özünü tərbiyələndir, sosiallaşdır, problemini həll et, sonra mənə dərs keç. Gəlib biri oturub. Mən tanıyıram o kimdir. Aşiq-məşuqunun sayı hesabı yoxdur. Amma oturub camaata əxlaq dərsi keçir. Stop! Olmaz! O insanlar bədbəxtdir. Biz problemi olanları bacardığımız qədər yola verək. Kömək edə bilirksə, edək. Edə bilmiriksə, sənə kim o ixtiyarı verib ki, üstünə qışqırıb alçaldırsan. Allahdan qorxun”.