“Şou-biznesdə normal adam yoxdur” deyən Sərxan Kərəmoğluna şou əhlindən SƏRT CAVAB - VİDEO
    • 11-06-2022, 22:38
    • 890

“Şou-biznesdə normal adam yoxdur” deyən Sərxan Kərəmoğluna şou əhlindən SƏRT CAVAB - VİDEO

“Şou-biznesdə normal adam yoxdur, şou-biznesdə örnək olacaq adam da yoxdur”.

Bu sözləri qalmaqallı aktyor Sərxan Kərəmoğlu “MTV maqazin” verilişinə müsahibəsində deyib.

Kərəmoğlunun bu sözləri şou-biznes əhlini cin atına mindirib.

“MTV maqazin” verilişinin kamerası önünə keçən məşhurlar Sərxanın sözlərinə etiraz edib.

Əməkdar artist Vasif Məhərrəmli Kərəmoğlunun fikrini irad tutaraq elə ən hörmətli adamların məhz müğənnilər olduğunu bildirib.

Müğənni Aysun İsmayılova isə aktyorun sözlərini məsxərəyə qoyaraq “özünü normal adam kimi görmür? Vallah, biz anormal deyilik, hamımız normalıq”, - deyə əlavə edib.

Müğənni Nadir Qafarzadə Sərxanın fikri ilə qismən razılaşıb.

İfçı Aytac Vidadiqızı isə Sərxan və onun kimi düşünənləri “sənəti ucuzlaşdıran insanlar” adlandırıb. /Oxu.Az/