Çinarə Nadir Qafarzadə ilə qalmaqalı haqda: "Mən o tərbiyənin sahibi deyiləm"
    • 10-07-2018, 20:48
    • 1 313

Çinarə Nadir Qafarzadə ilə qalmaqalı haqda: "Mən o tərbiyənin sahibi deyiləm"

Müğənni Çinarə Məlikzadə həmkarı Nadir Qafarzadə ilə arasında yaranan qalmaqala münasibət bildirib.

İfaçı yaranan vəziyyəti belə izah edib:

“Baş verən qalmaqaldan xəbərim yox idi. Bir dəfə müsahibə verdim, onda da aləm dəydi bir-birinə. Nadir müəllim pis mənada deməyib.

Onunla eyni verilişdə olmuşuq. Mən onlara getmişəm, duet oxumuşuq.

İnsanlar gərək fikirləşsin ki, əgər onunla yola getmiriksə niyə duet oxumuşuq?

Həmin kadrları səhv montaj ediblər. İfa etdiyim bəstə yeni mahnımdır. 

Özü də mənə zəng edib sözlərini pis mənada demədiyini bildirdi.

Mən də həmin mahnını ona ünvanlamadığımı bildirdim.

Mən o tərbiyənin sahibi deyiləm axı kiməsə gəbər deyim.

Teymur Məmmədov