-
- 3-11-2023, 13:29
- 780
Azərbaycanda qaz limiti ləğv edilsin - Deputat
Əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifinin illik istehlaka dair hesablanmasında limitin ləğv olunması təklif olunub.
News24.az Modern.az-a istinadla xəbər verir ki, bu təkliflə deputat Tahir Kərimli çıxış edib.
O qeyd edib ki, Azərbaycanın kifayət qədər qazı var: “Buna gücümüz çatar. Ona görə də qaz limitinin ləğv olunmasını təklif edirəm.
Xatırladaq ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.