-
- 3-11-2023, 13:52
- 274
Putini kim əvəz edəcək?
Rusiya prezidenti Vladimir Putin qarşıdan gələn prezident seçkilərində iştirakdan imtina edərsə, başqa bir namizəd ölkənin yeni başçısı ola bilər.
News24.az xəbər verir ki, bu barədə Amerikanın “Associated Press” agentliyi məqalə hazırlayıb.
Məqalədə Putinin əvəzedicilərinin siyahısı tərtib edilib.
Sergey Sobyanin
Agentlik qeyd edir ki, 2010-cu ildən Moskvaya rəhbərlik edən keçmiş nazir Sobyanin bu şəhər üçün çox işlər görüb. Qeyd olunur ki, bütün bu nailiyyətlər prezident seçkiləri kampaniyası zamanı öz rolunu oynaya biləcək.
Mixail Mişustin
Məqalənin müəllifi Cim Hayntsın sözlərinə görə, Rusiya hökumətinin başçısı Mixail Mişustin Rusiya prezidenti olmağı planlaşdırmır lakin o, fövqəladə vəziyyətdə 2024-cü ilə qədər prezident postunu tuta bilər. Bu, 1999-cu ildə Putinin prezident səlahiyyətlərini icra edən zaman baş verənlərə oxşar ola bilər.
Nikolay Patruşev
Qeyd olunur ki, Patruşevlə Putinin fikirləri çox oxşardır. İndi o, Milli Təhlükəsizlik Şurasının rəhbəri kimi Putinin Qərblə bağlı bəyanatlarını təkrarlayır və bəzən gücləndirir”, - müəllif yazır.
Aleksey Dumin
İllər ərzində Dumin münasibətlərinə görə bir neçə dəfə Putinin mümkün varisi kimi qeyd edilib.
Dmitri Medvedev
Dmitri Medvedev yaxın tarixdə Rusiyanın üçüncü prezidenti oldu. “Mövqeyinə baxmayaraq, çoxları bunu baş nazir olmuş və faktiki olaraq ölkəyə rəhbərlik etməyə davam edən Putin üçün ikinci dərəcəli hesab edirdi”, – müəllif yazır. Lakin Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Medvedev Rusiya ordusuna dəstək verərək Qərb siyasətçilərini fəal şəkildə tənqid etməyə başlayıb. Bu, onun indiki hakimiyyətə sədaqətini artırdı.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin martında keçiriləcək. Putin hələ ki, namizəd olmaq istəyini açıqlamayıb. Hazırda prezident seçkilərində namizədliyi barədə yalnız Moskva yaxınlığındakı Dolqoprudnı Deputatlar Şurasının üzvü Boris Nadejdin danışıb.
Ayşən