-
- 5-08-2023, 09:28
- 244
Müharibəni niyə uzatmaq istəyir? - PUTİNİN PLANI
Rusiya Prezidenti Vladimir Putin gələn il ABŞ-da keçiriləcək seçkilərə qədər Ukrayna ilə müharibə planlarını dəyişməyəcək.
News24.az xəbər verir ki, bu barədə CNN ABŞ hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.
Putin ümid edir ki, Prezident Co Baydenin seçkidəki məğlubiyyəti ABŞ-ı Ukraynaya dəstəyini azaltmağa və Rusiyanın danışıqlarda mövqeyini yaxşılaşdırmağa məcbur edəcək.
ABŞ rəsmilərindən biri nəşrə bildirib ki, Rusiya lideri 2024-cü il seçkilərinə qədər dayanmayacaq. Və buna şübhə yoxdur.
Kəşfiyyat məlumatları ilə tanış olan digər mənbənin məlumatına görə, Putin bilie ki, Tramp seçiləcəyi təqdirdə ona kömək edəcək.
Avropalı diplomatın fikrincə, Ukraynada müharibəni ABŞ seçkilərinə qədər uzatmaq Putinin planıdır.
CNN qeyd edir ki, ABŞ-da hələlik Putinin planları və onun müharibəni Trampın seçkilərdə qələbəsi ümidi ilə uzatmaq istəyi barədə dəqiq məlumat yoxdur. Amma gələn ilki seçki müharibənin 2024-cü ilin sonunadək davam edəcəyi ehtimalında əsas amil olaraq qalır.
Arzu