-
- 3-11-2023, 00:49
- 121
Frans-Pressin Qəzzadakı ofisi atəşə tutulub
"İsrail ordusu tərəfindən atəşə tutulan Qəzza zolağında yerləşən Frans-Pressin ofisinə ciddi ziyan çəkib".
News24.az xəbər verir ki, bu barədə Frans-Press Agentliyinin (AFP) X hesabında deyilir.
Agentlik qeyd edir ki, hücum zamanı ofisdə heç bir işçi olmayıb. Onların hamısı oktyabrın 13-də Qəzza zolağının cənubuna təxliyə edilib.