Mark Zukerberq əməliyyat olunub - VİDEO
    • 4-11-2023, 07:56
    • 194

Mark Zukerberq əməliyyat olunub - VİDEO

“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq məşq zamanı çarpaz bağlarını zədələyib. O, xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, Zukerberq xəstəxanadan fotosunu paylaşıb.

Zukerberq cümə günü “İnstaqram” səhifəsində yazıb: "Sparrinq zamanı çarpaz bağımı yırtdım və onu bərpa etmək üçün əməliyyatdan yenicə çıxdım”.

O, gələn ilin əvvəlində baş tutmalı olan MMA döyüşünün (Tesla və X sosial şəbəkəsinin sahibi İlon Maskla – red.) təxirə salınacağını əlavə edib.