Mübariz Mənsimov: "Həyatımı geri qaytarsaydılar..." - FOTO - VİDEO
    • 31-03-2019, 14:11
    • 1 617

Mübariz Mənsimov: "Həyatımı geri qaytarsaydılar..." - FOTO - VİDEO

"Palmali" şirkətinin Türkiyədə təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd ayırması ilə bağlı xəbər vermişdik.

News24.az xəbər verir ki, şirkətin rəhbəri Mübariz Mənsimovun həmin tələbələrlə görüşüb, onlara tövsiyyələr verib:

"Siz Azərbaycanın gələcəyisiniz. Həyatda uğurlu olmağınız üçün əsas məsələ təhsilinizdir. Həyatımı geri qaytarsaydılar təhsilimə önəm verərdim. Bizim "Palmali" ailəmizə xoş gəldiniz. Gələn həftədən etibarən təqaüdləriniz bank hesabınıza köçürüləcək.

Sizdən xahişim odur ki, uğurlarınız barədə şirkəti daimi olaraq məlumatlandırmalısınız. Azərbaycanımızı unutmayın. Mən də daxil olmaqla vətənimizi unutmamaq və unutdurmamaq bizim borcumuzdur. Vətənimizi hər yerdə gözəl şəkildə təmsil etməlisiniz. Azərbaycanın Qarabağ, erməni faşistləri ilə olan problemləri haqda danışmalısınız.

Sizin kimi bu şirkətə gənc vaxtlarında gəlib hazırda isə önəmli vəzifədə çalışanlar var.

Təqaüdü qazananlar yaxşı nəticə göstərdiyi təqdirdə xaricdə master keçmələrini də şirkət ödəyəcək.

Yaxşl nəticələr əldə etsəniz, biz hər zaman sizin arxanızdayıq. Sizin uğurunuz bütün Azərbaycanın uğurudur. İnsan eqoist olub təkcə özünü yox, bütün Azərbaycanı düşünməlidir.

Azərbaycanın gələcəkdə daha da fərah, gözəl yaşaması siz gənclərdən asılıdır.
Biz iyirmi minə yaxın tələbə oxutmuşuq. Valideynləriniz əziyyət çəkib sizi bura yollayıb. Heç biriniz nazir övladı deyilsiniz. Bu yerlərə əziyyətlə gəlmisiniz. Əziyyəti hədər etmək lazım deyil. Həyatınızda böyük marafon var. Bu hələ başlanğıcdır. Bizim yaşımıza çatanda isə istirahət edəcəksiniz".