-
- 22-10-2018, 13:23
- 1 711
Mübariz Mənsimov qazi üçün təyyarə göndərib? - "Palmali"dən açıqlama
Son günlər sosial şəbəkələrdə "Palmali" prezidenti Mübariz Mənsimovun düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan qazi Qoşqar Hacıyevi Türkiyəyə dəvət etdiyi haqda xəbər yayımlanıb.AZXEBER.COM-un məlumatına görə, xəbərdə qeyd olunur ki, Mübariz Mənsimov şəxsi təyyarəsi ilə Qoşqarın Türkiyəyə gəlməsi haqda qərar verib və onun müalicəsini öz üzərinə götürüb.
Məsələ ilə bağlı qazinin qardaşı Vüqar Hacıyev ilə əlaqə saxladıq. O bildirib ki, Qoşqarın vəziyyəti günü-gündən düzəlir: "Mən sizin saytınıza təşəkkür edirəm ki, ilk olaraq bu məsələni işıqlandırdız. Qardaşımın səhhəti günü-gündən normallaşır. Sizin vasitənizlə bizə dəstək olan hər kəsə təşəkkür edirəm."
O Mübariz Mənsimovun təyyarə təklif etdiyini də deyib: "Bəli, bu məlumat düzdür. Biz Mübariz bəyə müraciət etdik və o yardım üçün nə lazımdırsa, edilməsi haqda qərar verdi. Ancaq sonradan dövlətimiz də bizə dəstək oldu və məsələ həll oldu.
Məsələ ilə bağlı "Palmali Şirkətlər Qrupu"nun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib ki, Qoşqarın ailəsi həqiqətən də təyyarə üçün Mübariz Mənsimova müraciət edib: "Qoşqar Hacıyevin qardaşı təyyarə ayırılması üçün Mübariz bəyə müraciət edib. Mübariz bəy də həmin dəqiqə tapşırıq verib. Lakin o da bildirilib ki, şirkətin təyyarəsi uyğun deyil, ona hərbi ambulans təyyarə lazımdır. Daha sonra isə məsələ öz həllini tapıb. Qoşqarın müalicəsi üçün Türkiyədən Azərbaycana həkim dəvət edilib".
O həmçinin bildirib ki, Mübariz Mənsimov bu cür məsələlərdə adının hallandırılmasını sevmir: "Biz bu günə qədər etdiyimiz xeyriyyəçilik məsələləri ilə bağlı heç vaxt reklam olunmamışıq, bunu Mübariz bəy sevmir. Xahişimiz budur ki, bu cür qeyri-dəqiq məlumatlar yayılmasın, ən azından şirkətlə dəqiqləşdirilib. Sonradan paylaşılsın".
Qeyd edək ki, "N" saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlu (1986-cı ildə doğulub, 2004-cü ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb) bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinin yazdıqları kimi aprel döyüşlərində deyil, 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb.
//azxeber.com