-
- 31-03-2019, 20:13
- 1 578
Azərbaycanlı Fərahimin “uzun dəmiri” – 250 milyondan çox adam ziyarət edib SƏBUHİ SƏDƏF YAZIR
Hə, o zaman idi ki, azərbaycanlı Şəmmədə qoşulub Fransadan Azərbaycana, daha dəqiqi İmişli rayonunun Murğuzalı kəndinə gəlin gələn, Hacıqabulda “bu nə heyvandı”, deyə bağırıb camışın qoşulduğu arabaya minməyən, amma illər keçəcək elə özü camış bəsləyəcək, pambıq yığacaq İvonna nənə 64 ildən sonra öz doğma vətəninə gedirdi.
Onu bu sətirlərin müəllifi tapmışdı İmişlidə, o ilan mələyən yurdda. Partizan Şəmməd Şirmmədovla Azərbaycanda xoşbəxt həyatı vur-tut bir il çəkmişdi. Şəmməd malyariyadan vəfat etmişdi. Amma İvonnadan bir uşağı Rafael dünyaya gəlmişdi.
İvonna ərinin ölümündən sonra vətəninə, Fransaya qayıtmaq istəmişdi. Amma Moskvadan onu geri qaytarmışdılar- “Uşağın sovet vətəndaşıdır. Uşağı ver, get”. İvonna isə uşağı atmamışdı. İmişliyə qayıtmışdı. Sonra ərə getmişdi. Daha 7 uşağı olmuşdu. Və beləcə qalmışdı burda. Və bir də 64 il sonra , Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə öz evinə yollana bilmişdi. Həmin səfərdə onu mən və oğlu Fərahim də
müşaiyət etmişdik.
***
Fərahim saf, çox təmiz adamdı. Elə bu yazını yazanda da ilk yadıma düşən o oldu. Parisdə otelimiz Eyfel qulləsinin yanındaydı. Adı səhv etmirəmsə “Merkuri” idi. Avropa Azərbaycan Cəmiyyəti maraqlı səfər proqramı hazırlamışdı. Amma Fərahimlə mən hərdən bu proqramdan kənara çıxırdıq. Və hər dəfə də Fərahimə deyirdim ki, bax, gördün bir-birimizi itirdik, Eyfel qülləsini görürsən də, ona tərəf get Otelimiz onun böyründədir. Amma o, hər dəfəsində deyirdi:
- Ay müəllim Eyfel nədi ee, bu uzun dəmiri demirsən?
Mən gülümsünürdüm. Çünki o, saf idi...
Hə, bu gün, elə məhz bu gün 31 martda o uzun dəmirin, Eyfel qülləsinin rəsmi açılış günüdür. News24.az olaraq elə ondan yazacağıq. Dünyada turistlərin ən çox ziyarət etdiyi məkanlardandır Eyfel qülləsi. Eyfel adı qülləyə onu inşa edən memarın - Qustav Eyfelin adından miras qaıb. Hər il milyonlarla turist baş çəkir bura. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 250 milyonu keçib.
Qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürüb. Bu böyük layihənin hazırlanması üçün çox vaxt tələb olunsa da, Qustav burada elə metodlardan istifadə etmişdi ki, tam iki il müddətinə qüllə hazır vəziyyətdə olacaqdı.
Qeyd edək ki, bu layihənin seçilməsində vaxt problemi də qismən kömək oldu. 1889-cu ildə hazırlanan Beynəlxalq sərgilər bürosunun təməli atılmış və Qustav Eyfel tərəfindən hazırlanmışdı. 1889-cu ildə açılış tarixindən əvvəlki beş ay müddətində 1,9 milyon əhali buranı ziyarət edir və nəticədə il sonuna qədər sərf edilmiş xərclərin yarıdan çoxunu çıxardılır. Beləliklə elə ilk əvvəlki dövrlərdən başlayaraq bu qüllə qazanc əldə etməyə şərait yaradan məkanlardan birinə çevrilmişdi. 1889-cu ilin bu günü qüllənin açılışı zamanı tam 10 min qaz fənərindən, iki projektordan və başında isə mayak kimi işıq əks edilmişdi. İşıqların rəngləri mavi, ağ və qırmızı olmaqla Fransanın bayrağını ifadə edirdi. 1900-ü ildə ilk dəfə olaraq işıqlı lampalarla qüllə bəzədilir. 1925-ci ildə isə
maqnat Andre Sitroenin avtomobil istehsalçısı kimi markası reklam olunmuşdu. Sitroen özü bu reklamı Alovlar içərisində Eyfel qülləsi adlandırmışdı.
Eyfeldə həmin vaxt 125 min elektrik lampası quraşdırılmışdı. Demək olar ki, həmin müddət ərzində qüllədə çoxlu sayda reklamlar yerləşdirilməyə başladı və bu dünyanın ən hündür reklam yerləşdirmə yeri hesab olunurdu. Bu hadisələr tam 1934-cü ilədək davam etdi. 2000-ci ilin yeni ili ilə əlaqədar qüllədə bir çox dəyişikliklər edildi və hətta 2003 – cü ildə Eyfel yeni işıqdan hazırlanmış paltarını geyindi. Burada 40 km uzunluğu olan işıq sistemlərindən, 20 min lampadan və hazırlanmada 4,6 milyon avro dəyərində maliyyə xərcindən istifadə edildi.
Eyfel qülləsi iyulda 2,5 milyon dəmir parçasından hazırlandı. Həmin dövrdə bu qüllə inşa edilərkən bir dənə də olsun ölüm hadisəsinin olmaması, istifadə edilən texnologiyaların zəif olması ilə müqayisə edildiyinə görə, böyük heyrət doğurur.
Ancaq parislilər bu müddət ərzində qülləni bir utanc ləkəsi kimi görmüş və ona nifrət etmişdilər. Hətta bu tikilinin Parisin görünüşünü ciddi şəkildə ləkələyəcəyini də irəli sürürdülər. Bəzi insanlar isə ədəbiyyatçı və sənətçiləri bir yerə yığaraq imza toplamış və birliklərini bu qülləyə qarşı istifadə edirdi. Bunların arasında Aleksandr Düma, Şarl Quno və Gi de Mopassan da yer almışdı. Bu gün isə Eyfel qülləsi dünyanın ən gözəl memarlıq nümunələrindən biri sayılır. Parislilər bu abidəni “Dəmir qadın”adlandırırlar.
Eyfel qülləsinin tikintisində 300-ə yaxın fəhlənin əməyindən istifadə edilmişdi. Tikintiyə
başlamamışdan əvvəl layihəni tez bitirmək üçün nəzərdə tutulmuş konstruksiyaların çoxu, xüsusən dəmirdən olan hissələr bir – birinə geydirilmişdi. Eyfel 14 fevral 1887 – ci ildə “Le Temps” qəzetinə verdiyi müsahibədə tikdiyi qüllənin hündür olması ilə yanaşı, onun küləyə davam gətirməsinin də vacib yer tutduğunu xüsusi qeyd etmişdi.
Maraqlıdır ki, bəzən qüllədə intihar vəziyyətləri də yaşanır. Demək olar ki, indiki dövrə qədər 400 nəfər adam bunu gerçəkləşdirməyi bacarıb. Müxtəlif zamanlarda bu cür işlərin yerinə yetirilməsinin qarşısını almaq üçün platformaların arasına dəmirdən barmaqlıqlar yerləşdirilmişdi.
“Banker”in yazdığına görə, Eyfel Qülləsi inşa edilməyə də bilərdi. Bayaq qeyd etdiyimiz kimi, Qustav Eyfel abidəni yaratmağı qərara alanda onun fikri tənqidlə qarşılandı. O dövrün bir çox tanınmış mədəniyyət xadimləri hətta belə bir sənəd də imzalamışdılar: “Bir neçə il ərzində biz şəhər üzərində mürəkkəb ləkəsinə bənzəyən dəmir sütun və vintlərin iyrənc kölgəsinə baxmalı olacağıq”. Bu qülləyə ən çox nifrət edənlərdən biri də Gi de Mopassan idi , amma o sonrada hər zaman bu qüllədə yerləşən restoranda nahar edirdi. Buna səbəb isə Eyfel Qülləsinin şəhərin hər yerindən görünməsi idi.
İkinci Dünya Müharibəsi zamanı 1940-cı ildə Hitler Parisə daxil olmamışdan əvvəl fransızlar qüllənin liftini xarab etdilər və bu dövrdə müharibə səbəbindən onu təmir etmək mümkün deyildi. Bu səbəbdən də alman əsgərləri qüllənin ən yüksək hissəsinə çıxıb öz bayraqlarını asa bilmədilər. İnsanlar arasında “Hitler Fransanı fəth etsə də, Eyfel Qülləsini fəth edə bilmədi” ifadəsi yarandı.
Adolf Hitlerin qülləyə çıxmaq üçün yaylardan istifadə etmək fikrini irəli sürsələr də, alınmamışdı. Nəticədə o, Eyfel qülləsinin başına çıxa bilməmişdi. Ancaq çox maraqlıdır ki, onun şəhəri tərk etməsindən bir neçə saat sonra lift yenidən işləməyə başlamışdı.
Adolf Hitler Ditrix fon Koltisə Parisdə olan bütün tikililərlə yanaşı buranın da məhv edilməsini ona əmr etsə də, çox qəribə haldır ki, o, əmri yerinə yetirməmişdi.
Bu nəhəng qülləyə demək olar ki, külək heç bir zərər yetirmir. Hətta ən güclü küləkdə belə qüllənin ən uc hissəsi cəmi 15 sm əyilir.
Və ən maraqlısı! 1925-ci ildə fırıldaqçı Viktor Lyustiq iki dəfə məşhur qülləni dəmir yığını ilə məşğul olan adamlara satmışdı. O iki fərqli insanı qüllənin maliyyələşdirilməsi
fikrinə razı sala bilmişdi. Lyustiq hətta müştərilərindən şəhərin ən nüfuzlu ticarət müsabiqəsində qalib gəlmələri üçün ona rüşvət vermələrini tələb etmişdi. Pulları
aldıqdan sonra fırıldaqçı yoxa çıxdı. Bir neçə il sonra o yenidən eyni fəndi işlətmək istədi, amma bu dəfə uğursuzluqla nəticələndi.
Hə, bu da imişlili Fərahimin “uzun dəmiri”. Daha dəqiqi, uzun dəmirlə bağlı kiçik söhbətimiz. Amma uzun dəmir də deyib keçməyin, ən azı onu görməyə dəyər. Mütləq dəyər!
Səbuhi SƏDƏF