Burak və Fahriye oğlunun adını qoyublar
    • 12-12-2018, 13:03
    • 1 235

Burak və Fahriye oğlunun adını qoyublar

Hamiləliyinin 5-ci ayını bitirən aktrisa Fahriye Evcen bir müddətdir ki, Almaniyada idi.

News24.Az xəbər verir ki, aktrisa Almaniyaya əri Burak Özcivit ilə getmişdi. 

Türkiyəyə qayıdan cütlük dünyaya gələcək övladları ilə bağlı danışıblar. Oğlan uşağı gözləyən məşhurlar uşağın adını artıq qoyduqlarını bildiriblər. Amma adın nə olduğunu açıqlamayıblar. Özcivit maqazinçilərə "körpənin adı artıq bəllidir. Amma bunu sizə açıqlamamızı gözləməyin" - deyib.  

Evcen isə kökəlməyi ilə bağlı bildirib ki, uşağın da, özünün də səhhətində hər şey normaldır. 

News24.Az