-
- 4-11-2023, 14:34
- 336
İşçi qayıqda yanaraq ÖLDÜ
Antalyanın Kaş bölgəsindəki tur gəmisində baş verən yanğında turizm işçisi Əli Arslan yanaraq ölüb.
News24.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.
Dəhşətli hadisə gecə saat 02:00 radələrində baş verib. Gecə saatlarında qayıqdan alov qalxdığını görən vətəndaşlar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər. Xəbərdarlıqdan sonra əraziyə yanğınsöndürmə briqadası və tibb qrupları göndərilib.
Xəbərdarlıqdan sonra hadisə yerinə gələn xilasetmə qrupları alova müdaxilə edib və yanğın qısa müddətdə söndürülüb. Qayıqda yoxlama zamanı turizm operatoru Əli Aslanın cansız bədəni tapılıb. Sağlamlıq qrupları tərəfindən aparılan müayinədən sonra Aslanın öldüyü müəyyən edilib. Burada aparılan müayinələrdən sonra Aslanın cansız bədəni yarılma üçün Antalya Ədliyyə Tibb Təşkilatı meyitxanasına göndərilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Ülkər Abdurahmanlı